Avstriya Şimali Makedoniyanı məğlub etdi
AVRO-2020-in bu günə olan ikinci matçı başa çatıb.
AzadMedia.az xəbər verir ki, Avstriya Buxarestin Milli Arenasında Şimali Makedoniyanı qəbul edib.
Oyun Avstriya millisinin 3-1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda Avstriya 18-ci dəqiqədə Ştefan Layner, 77-ci dəqiqədə Mixael Qreqoriç, və 89-cu dəqiqədə Marko Arnautoviçin qolları ilə fərqlənib.
Rəqibin yeganə qolunu isə 28-ci dəqiqədə Qoran Pandev vurub.