Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
"Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Qəbələ"ni qəbul edib.
Görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. 33-cü dəqiqədə meydan sahiblərindən Uroş Matiç penaltidən yararlana bilməyib. Rəqib komandanın qapıçısı Anar Nəzirov serbiyalı yarımmüdafiəçinin zərbəsinin qarşısını alıb.
"Qarabağ"ın qollarını 55-ci dəqiqədə Kvabena Ovusu, 72 və 74-cü dəqiqələrdə Mahir Emreli vurub. "Qəbələ"dən isə 88-ci dəqiqədə Ceyms Adeniyi fərqlənib.
Komandalar arasında cavab matçı fevralın 6-da Qəbələdə olacaq.
Bu gün baş tutan digər oyunda "Səbail" səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 1/4 finalın digər iki qarşılaşması fevralın 2-də oynanılacaq. "Keşlə" I Divizion təmsilçisi "Kəpəz"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.