AVRO-2020-nin İngiltərənin paytaxtı Londonda təşkil olunacaq həlledici matçlarının iştirakçıları bəlli olub.
Azadmedia.az-ın məlumatına görə, “Uembli”də baş tutacaq yarımfinal oyunlarına son vəsiqəni İngiltərə qazanıb.
Futbolun yaradıcıları 1/4 finalda Ukrayna üzərində qələbə ilə doğma arenaya qayıtmaq imkanı əldə edib. Qaret Sautqeytin yetirmələri iyulun 7-dəki yarımfinal matçında Danimarka ilə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bir gün öncə eyni saat və eyni məkanda ilk finalçı bəlli olacaq. Həmin yarımfinalda İtaliya ilə İspaniya görüşəcək.
Qeyd edək ki, iyulun 11-dəki final oyunu da “Uembli”də keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.