AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İngiltərə Futbolunda şok - 83 nəfər həbs olundu

  • + A
  • - A
  • 10-12-2016, 14:05

    İngiltərə Futbolunda şok - 83 nəfər həbs olundu

















    İngiltərə polisi aşağı yaş qrupunda oynayan futbolçuları cinsi istimara məruz qoyan 83 nəfəri həbs edib. “Onların qurbanlarının 98 faizi kişi futbolçular olub.

    Uşaqlara İşgəncənin Qarşısını Alma dərnəyinin təklifi ilə başlayan araşdırmalara yenə də davam edəcək.

    Cinsi istismarda 98 klubun adı var. İngiltərə Premyer Liqasından həvəskar liqaya qədər klubların adı hallanır.

    Futbolçulara edilən cinsi istismar haqqında indiyə qədər 639 telefonla şikayət olunub. İstismara məruz qalan futbolçuların yaşlarının 7 – 20 arasında olduğu bildirilir.

    FİFA prezidenti Cianni İnfantino da məsələyə münasibət bildirib: “Bu adamlar ən sərt şəkildə cəzalandırılmalıdır. Hər şey xırda detalına qədər araşdırmalıdır”.

    İngiltərə Futbol Federasiyasının prezidenti Qreq Klark isə bunun İngiltərə futbol tarixində ən böyük krizlərdən biri olduğunu deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR