Şenol Günəşdən Qurban Qurbanova HƏDİYYƏ — FOTOLAR
Dünən Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" və "Chelsea" klubları qarşılaşdı.
"Ölkə.Az" xəbər verir ki, "Beşiktaş" futbol klubunun baş məşqçisi Şenol Günəş oyunu izləmək üçün Bakıya təşrif buyurmuşdu.Şenol Günəş ilə birlikdə Türkiyə millisinin rəsmisi Əli Naibi də Bakı "Olimpiya Stadionu"nda oyunu izləyib.
Türk qonaqlar oyuna "Qarabağ" klubunun prezidenti Tahir Gözəl ilə birlikdə izləyiblər.Əldə edilən məlumata əsasən, Günəş və Naibi oyundan əvvəl "Qarabağ" klubunu ziyarət edərək baş məşqçi Qurban Qurbanovla görüşüblər.Görüş vaxtı Şenol Günəş Qurban Qurbanova "Beşiktaş" futbolçularının imzaladığı Pepe formasını hədiyyə ediblər. Qurbanov isə Günəşə adının yazıldığı 1 nömrəli "Qarabağ" forması təqdim edib.