Qurban Qurbanov: «Qarabağ»ın baş məşqçisi olduğum üçün fəxr edirəm
"Çempionlar Liqasının qalibi olmağa namizəd bir komanda ilə oynadıq, "Çelsi”nin gücü hər kəsə məlumdur”.
Bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsində "Çelsi” ilə səfər oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
O, London klubuna 0:6 hesabı ilə uduzmalarını turnirdə təcrübələrinin olmamaları ilə əlaqələndirib:
"Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuz olmağı ilə bağlıdır. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar Liqası bizim üçün yenidir. "Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik. "Çelsi” və Antonio Konteni də qələbə münasibəti ilə təbrik edirəm”.