Qvardiolanın təyyarəsində axtarış aparılıb
İspaniya polisi “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın şəxsi təyyarəsində axtarış aparıb.
AZTB.info xarici KİV-ə istinadən xəbər verir ki, onlar Kataloniyanın keçmiş prezidenti Karles Puçdemonu axtarıblar.
Qeyd edək ki, Kataloniyanın müstəqilliyini elan etdikdən sonra ölkədən qaçan Puçdemon hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmişdi.
Həftəsonu ailəsi ilə birlikdə Barselonaya istirahətə gedən Qvardiolanın təyyarəsində axtarış ispan məşqçini məyus edib.
Qeyd edək ki, Qvardiola Kataloniyanın müstəqilliyini və Puçdemonu dəstəklədiyini bildirmişdi.