AZAL təyyarəsində ANS-in keçmiş əməkdaşının üzərinə qaynar su töküldü — FOTO
"O boyda təyyarədə yanıq üçün bir maz tapılmadı".
"Ölkə.Az"ın məlumatına görəverir ki, bu sözləri fəaliyyəti dayandırılmış ANS-in əməkdaşı Tünzalə Rafiqqızı sosial şəbəkədə yazıb.
T.Rafiqqızı qeyd edib ki, AZAL-a məxsus təyyarə ilə İstanbula gedən zaman başına xoşagəlməz hadisə gəlib.
Onun üzərinə stüardessanın əlindəki qaynar çaydan üstünə dağılıb:
"Qaynar su üstümə dağıldı. O boyda təyyarədə yarama vurmağa bir dərman tapılmadı. Axırda bir sərnişin oteldən götürdüyü balaca diş pastasını verdi, onu çəkdik. Bu da milyonluq təyyarəmizdə lüks xidmət".
Qeyd edək ki, AZAL-dakı keyfiyyətsiz xidmət ilə bağlı son vaxtlar şikayətlər çoxalıb. Bu barədə mətbutda mütəmadi məlumatlar dərc edilir.