AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Stolüstü tennisçimiz Avstriyaya yollanıb

  • + A
  • - A
  • 11-02-2023, 18:39

    Stolüstü tennisçimiz Avstriyaya yollanıb

    Azadmedia.az xəbər verir ki, istedadlı stolüstü tennisçimiz Onur Quluzadə daha bir beynəlxalq təlim-məşq toplanışına qatılacaq. O, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin müşaiyəti ilə bu dəfə Avstriyanın Lints şəhərinə yollanıb. Quluzadə fevralın 11-dən 19-dək sözügedən ölkənin U-13 seçmə komandası ilə birgə məşq edəcək. Benjamin Girlingerin adını daşıyan düşərgədə təşkil olunan məşqlər qitənin ən yaxşı mütəxəssislərindən biri sayılan Liu Yan Jun tərəfindən aparılır. Səfərin məqsədi uğurlu gələcək vəd edən idmançının ustalıq səviyyəsinin artırılmasıdır.
    Qeyd edək ki, qitənin ən istedadlı idmançılarından sayılan Onur Quluzadə müntəzəm olaraq, Avropa Stolüstü Tennis Birliyinin və Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışlarına da dəvət alır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR