AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Çempionatında 3 medal

  • + A
  • - A
  • 19-06-2023, 23:22

    Avropa Çempionatında 3 medal

    Polşada III Avropa Oyunlarına dəstək məqsədi ilə şahmat yarışları keçirilib. Avropa Şahmat İttifaqının təşəbbüsü ilə Krakovda cütlüklərin blits üzrə Avropa çempionatı təşkil olunub.
    Şəhriyar Məmmədyarovla Günay Məmmədzadədən ibarət Azərbaycan millisi qrup mərhələsində Niderlanda məğlub olub, ardınca İsrail komandası ilə heç-heçə edib, Polşa, Rumıniya, Ukrayna və İspaniyaya qalib gəlib. Son turda komandamız Ermənistanla heç-heçə oynayıb.
    Qrupda ilk dördlükdə qərarlaşan şahmat duetimiz pley-offa yüksəlib. Dairəvi sistemlə keçirilən yarışın yekununda Günay Məmmədzadə gümüş, Şəhriyar Məmmədyarov isə bürünc medal qazanıb.
    Yekun sıralamada komandamız turnir cədvəlində üçüncü yeri tutaraq daha bir mükafata – bürünc medala layiq görülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR