"Fənərbaxça" klubunun yeni prezidenti seçilib
Bu gün Türkiyənin “Fənərbaxça” klubunda prezident seçkisi keçirilib.
Türkiyə mətbuatı xəbər verir ki, prezidentlik uğrunda iki namizəd - Aziz Yıldırım və ali Koç mübarizə aparırdı.
Aziz Yıldırım 20 ildən sonra seçkilərdə ilk dəfə uduzub. Onun topladığı 4644 səsə qarşı rəqibi Ali Koç 16092 səs toplayıb və “Fənərbaxça” klubunun prezidenti seçilib.
Qeyd edək ki, Aziz Yıldırım 1998-ci ildən “Fənərbaxça”ya rəhbərlik edirdi.