"Fənərbaxça"nın futbolçusu ölümdən döndü — Onu komanda yoldaşı xilas edib + VİDEO
"Fənərbaxça" və Slovakiya millisinin üzvü Martin Şkrtel ölümdən dönüb.
"Kral kuboku" çərçivəsində Slovakiya və Tailand milliləri arasında baş tutan matçın 28-ci dəqiqəsində top anidən Şkrtelin başına dəyib. Müvazinətini itirərək yerə yıxılan futbolçunun dili qatlanıb.
Ona ilk yardımı isə komanda yoldaşı Duda göstərib. O, Şkrtelin dilini boğazından çıxararaq həyatını xilas edib. Daha sonra həkimlərin müdaxiləsi ilə ayağa qalxan Şkrtel matça davam edib.
Qeyd edək ki, yoldaşlıq görüşündə Slovakiya 3-2 hesabı ilə qalib gəlib.