AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünyanın ən bahalı futbol liqalarının reytinqi məlum olub

  • + A
  • - A
  • 25-10-2023, 22:50

    Dünyanın ən bahalı futbol liqalarının reytinqi məlum olub


    “Transfermarkt” portalı klubların siyahılarının qiymətinə əsasən dünyanın ən bahalı futbol çempionatlarının reytinqini tərtib edib.

    Ən bahalısı İngiltərə Premyer Liqasıdır (APL), onun dəyəri 11,04 milyard avro qiymətləndirilir. Reytinqdə ikinci yeri İspaniyanın Li Liqası (4,77 milyard avro) tutur. Ən bahalı çempionatların üçlüyünü İtaliya A Seriyası (4,71 milyard avro) tamamlayır. Dördüncü ən bahalı Almaniya Bundesliqası (4,31 milyard avro) olub. Beşinci yerdə Fransa Liqa 1 (3,68 milyard avro) qərarlaşıb.

    Qiymətə görə çempionatların siyahısı :

    6. Primeira ( Portuqaliya ) - 1,35 milyard avro
    7. MLS ( ABŞ ) - 1,27 milyard avro
    8. Super Liqa ( Türkiyə ) - 1,15 milyard avro
    9. Pro Liqa ( Səudiyyə Ərəbistanı ) - 1,07 milyard avro

    Premyer Liqanın hazırkı çempionu "Mançester Siti"dir. Bu mövsüm cədvələ 9 turdan sonra 23 xalı olan "Tottenhem" başçılıq edir. İkinci yerdə “Mançester Siti” (21) qərarlaşıb. İlk üçlüyü Londonun “Arsenal” komandası tamamlayır (21).


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR