AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları - AFİŞA

  • + A
  • - A
  • 11-03-2023, 16:11

    Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları - AFİŞA


    Həftəsonu Avropanın yaşıl meydanlarında bir sıra maraqlı qarşılaşmalar keçiriləcək.

    İngiltərə Premyer Liqasında turun açılış matçında son oyunda “Mançester Yunayted”ə yeddi cavabsız qolla qalib gələn “Liverpul” autsayder “Bornmut”un qonağı olacaq. Görüş Bakı vaxtı ilə 16:30-da start götürəcək.

    Çempionlar Liqasında mərhələ keçən “Çelsi” “Lester”in qonağı olacaq, Avropa çıxışını başa vuran “Tottenhem” isə “Nottingem”i qonaq edəcək. Çempionluq mübarizəsini davam etdirən “Mançester Siti” “Kristal Pelas” səfərinə yollanacaq.

    Vahid lider “Arsenal” “Fulhem”in qonağı olacaq. London komandalarının oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə 18:00-da start götürəcək. Eyni gündə, eyni saatda “Mançester Yunayted” “Sauthempton”la oyunda “Liverpul” faciəsini unutdurmağa çalışacaq.

    Almaniya Bundesliqasında şərikli liderlər - “Bayern” və “Borussiya” bu gün meydana çıxacaqlar. Münhen klubu öz meydanında “Auqsburq”u sınağa çəkəcəksə, dormundlular Gelzenkirxendə “Şalke”nin qonağı olacaqlar. “Bayern”in oyunu Bakı vaxtı ilə 18:00-da, “Borussiya”nın matçı 21:30-da başlayacaq.

    İtaliya A Seriyasında lider “Napoli”ni çətin duel gözləyir. Ötən tur “Latsio”ya uduzan Luçano Spalettinin komandası evdə “Atalanta” ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə 21:00-da başlayacaq.

    “Yuventus” və “Roma” sabah meydana çıxacaqlar. Paytaxt təmsilçisi “Sassuolo”nu, Turin klubu “Sampdoriya”nı sınağa çəkəcək. Son çempion “Milan” isə bazar ertəsi meydana çıxacaq. “Salernitana” ilə ev oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

    İspaniya La Liqasında ikinci yerin sahibi “Real” “Espanyol”la qarşılaşacaq. Bu gün baş tutacaq oyun Bakı vaxtı ilə 17:00-da start götürəcək. Lider “Barselona” isə martın 13-də oynayacaq. Katalonlar Bakı vaxtı ilə 00:00-da çətin “Atletik” matçına çıxacaqlar.

    Türkiyə Super Liqasının lideri “Qalatasaray” “Kasımpaşa”nı sınağa çəkəcək. Bu gün keçiriləcək oyun 20:00-da başlayacaq. Sabah isə “Başakşehir” və “Beşiktaş” birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər. Bu oyunun başlanma saatı 20:00-dır.

    Həftəsonunun maraqlı oyunları

    11 mart

    İngiltərə Premyer Liqası

    16:30. “Bornmut” - “Liverpul”

    19:00. “Lester” - “Çelsi”

    19:00. “Tottenhem” - “Nottingem”

    21:30. “Kristal Pelas” - “Mançester Siti”

    Almaniya Bundesliqası

    18:30. “Bavariya” - “Auqsburq”

    21:30. “Şalke” - “Borussiya” (Dortmund)

    İtaliya A Seriyası

    21:00. “Napoli” - “Atalanta”

    İspaniya La Liqası

    17:00. “Real” - “Espanyol”

    Türkiyə Super Liqası

    “Qalatasaray” - “Kasımpaşa”

    12 mart

    İngiltərə Premyer Liqası

    18:00. “Fulhem” - “Arsenal”

    18:00. “Mançester Yunayted” - “Sauthempton”

    Fransa Liqa 1

    00:00. “Brest” - PSJ

    İtaliya A Seriyası

    21:00. “Roma” - “Sassuolo”

    23:45. “Yuventus” - “Sampdoriya”

    Türkiyə Super Liqası

    20:00. “Başakşehir” - “Beşiktaş”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR