"SUN TEA Çay Fabriki" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinə MÜSBƏT RƏY VERİLDİ.
"SUN TEA Çay Fabriki" MMC-nin (bundan sonra Cəmiyyət) 31 dekabr 2023-ci il tarixinə maliyyə vəziyyətinə dair hesabatından, məcmu gəlirlərə dair hesabatından, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının auditi aparılıb.
Əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2023-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirilməsi hesab edilib.
Audit Beynəlxalq audit standartlarına (BAS) uyğun Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş İCAZƏ ilə fəaliyyət göstərən Sərbəst Auditor Abbasov Çingiz Abbas oğlu tərəfindən aparılıb.
Qeyd: İdarə etməyə məsul şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.
Azadmedia.az "SUN TEA Çay Fabriki" MMC-nin təsisçilərinə verilən müsbət rəyi təqdim edir:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.