Əfqanıstan kömürü Pakistan əvəzinə Özbəkistana gedəcək - ölkənin yeni hakimiyyəti əsas ticarət istiqamətində dəyişiklik elan edib. Bunun müqabilində ölkəyə Özbəkistandan sement və dərman çatdırılacaq.
Bəlx əyalətinin qubernatorunun nümayəndəsi Hacı Zeydin sözlərinə görə, Əfqanıstanın əsas ixrac malları olan kömür artıq Pakistana deyil, Özbəkistana ixrac ediləcək, əvəzində Kabil yüksək keyfiyyətli Özbəkistan sementini və ölkənin əczaçılıq fabriklərinin məhsullarını alacaq.
Podrono.uz xəbər verir ki, Əfqanıstan ixracının şaxələndirilməsi sərhəd keçid məntəqələrinin bağlanması və Əfqanıstanla Pakistan arasında ticarətin dayandırılması ilə əlaqədardır, ölkə hakimiyyəti qonşu ölkələrlə, ilk növbədə Özbəkistan və İranla əməkdaşlıq inkişaf etdirmək qərarına gəlib.
Eyni zamanda, Əfqanıstan Maliyyə Nazirliyi Pakistanla ticarətin dayandırılmasının Əfqanıstan ticarətinin həcminə və ölkə büdcəsindəki gömrük gəlirlərinə mənfi təsir göstərməyəcəyinə və hakimiyyət orqanlarının alternativ kanalların inkişaf etdirilməsində biznesi dəstəkləyəcəyinə əminlik bildirib.
Lakin, Pakistanın "Dawn" qəzetinin məlumatına görə, Kabil və İslamabad arasında gərginliyin artmasından sonra oktyabr ayında Torxam sərhəd keçid məntəqəsinin bağlanması artıq Əfqanıstan və Pakistan ticarətinə 4,5 milyard dollardan çox ziyan vurub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.