AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Limanında rekord göstərici: konteyner daşımaları kəskin artıb

  • + A
  • - A
  • 6-01-2026, 21:11

    Bakı Limanında rekord göstərici: konteyner daşımaları kəskin artıb

    Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ötən il ərzində konteyner daşımaları üzrə rekord nəticə əldə edib. Liman vasitəsilə 107 mindən çox konteyner aşırılıb ki, bu da əvvəlki illə müqayisədə ciddi artım deməkdir.
    “Azərbaycan Dəmir Yolları”nın məlumatına görə, bu göstərici 2024-cü illə müqayisədə 39 faizdən çox yüksəlib. Rəqəmlər göstərir ki, Bakı limanının tranzit və logistika imkanları ildən-ilə genişlənir.
    Qeyd olunur ki, cəmi beş il əvvəl liman təxminən 40 min konteyner qəbul edirdi. Bu müddət ərzində konteyner aşırmalarının həcmi 2,7 dəfə artıb.
    Məlumata görə, liman rəhbərliyi cari il üçün daha iddialı hədəflər müəyyənləşdirib. Yeni ildə 110 mindən çox konteynerin emalı planlaşdırılır. Uzunmüddətli perspektivdə isə bu rəqəmin 500 min konteynerə çatdırılması nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR