AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hindistan BRİKS ölkələrinə rəqəmsal valyutalarla bağlı təklif irəli sürdü

  • + A
  • - A
  • 19-01-2026, 17:50

    Hindistan BRİKS ölkələrinə rəqəmsal valyutalarla bağlı təklif irəli sürdü

    Hindistan Mərkəzi Bankı BRİKS ölkələrinə rəsmi rəqəmsal valyutaların bir-biri ilə inteqrasiya edilməsi təklifi ilə çıxış edib. Məqsəd ölkələr arasında transsərhəd ödənişləri daha sürətli və asan etməkdir. Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
    Məlumata görə, Hindistanın Rezerv Bankı bu təşəbbüsün qarşıdakı BRİKS sammitinin gündəliyinə salınmasını hökumətə təklif edib. Mənbələr bildirir ki, bu addım BRİKS ölkələrinin dollar asılılığını azalda bilər. Bu isə ABŞ-ın narazılığına səbəb ola bilər. Çünki Vaşinqton daha əvvəl dolların kənarlaşdırılması ilə bağlı risklər barədə xəbərdarlıq etmişdi.
    Qeyd edək ki, 2024-cü ilin oktyabrında Rusiyanın maliyyə naziri Anton Siluanov Kazanda keçirilən BRİKS sammiti çərçivəsində bildirib ki, BRİKS ölkələri üçün yaradılacaq yeni ödəniş sistemi rəqəmsal maliyyə alətlərindən istifadəni və maliyyə mesajlarının ötürülməsi mexanizmini də əhatə edəcək.
    Xatırladaq ki, BRİKS beynəlxalq birliyinə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası daxildir. 2024-cü ildə birliyə Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri və Efiopiya də qoşulub. Hazırda BRİKS qlobal əməkdaşlıq və çoxqütblü dünya nizamını dəstəkləyən mühüm platformaya çevrilməkdədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR