AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın qış turizmi imkanları Almaniyada tanıdılıb

  • + A
  • - A
  • 26-01-2026, 19:57

    Azərbaycanın qış turizmi imkanları Almaniyada tanıdılıb

    Azərbaycan Turizm Bürosu (ATB) 22-25 yanvar tarixlərində Almaniyanın Oberstdorf şəhərində Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Xizəkdə Tramplindən Tullanma üzrə Dünya Çempionatı yarışlarında təmsil olunub.

    ATB-nin brend guşəsində yarışları izləyən ziyarətçilərə Azərbaycanın mədəni irsi, unikal turizm imkanları və qış idman növləri üzrə potensialı haqqında ətraflı məlumat verilib.

    Eyni zamanda, ölkənin xarici turistlər üçün cəlbedici qış turizmi istiqaməti kimi tanıdılması məqsədilə təbliğat və məlumatlandırma işi aparılıb.

    FIS ilə əməkdaşlıq çərçivəsində əsas məqsədlərdən biri Azərbaycanı qış idman növləri üzrə dünya səviyyəli peşəkar yarışların keçirildiyi məkan kimi tanıtmaq, həmçinin ölkəmizin turizm brendi və məhsullarının beynəlxalq arenada genişmiqyaslı marketinq və tanıtım kampaniyasının aparılmasını təmin etməkdir.

    Qeyd edək ki, Azərbaycan FIS tərəfindən təşkil olunan dünya kubokları və çempionatlar kimi qlobal yarışlarda təşkilatın “Qlobal Destinasiya Tərəfdaşı” kimi çıxış edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR