ORBİTA Mənzil-Tikinti Kooperativi fəaliyyətə başladığı gündən 20 il keçir. Bu əlamətdar yubiley, eyni zamanda MTK-nın təsisçisi, tanınmış iş adamı Famil Bagiyevin ad günü ilə üst-üstə düşərək daha da mənalı xarakter daşıyır.
İki onillik ərzində ORBİTA MTK tərəfindən inşa edilən yaşayış binaları xüsusilə Nizami rayonunun simasının yenilənməsində mühüm rol oynayıb. Paytaxtın memarlıq simasına töhfə verən, müasir memarlıq üslubunda, keyfiyyətli materiallarla və sakinlərin rahatlığı nəzərə alınmaqla tikilən binalar bu ərazini daha da gözəlləşdirib, şəhər mühitinə yeni nəfəs gətirib.
Təsisçi Famil Bagiyevin rəhbərliyi altında ORBİTA MTK daim inkişafı, yeniliyi və keyfiyyəti əsas prinsip kimi qəbul edib. Onun uzaqgörənliyi və peşəkar yanaşması sayəsində şirkət bazarda etibarlı və nüfuzlu qurum kimi tanınıb.
Şirkətin uğurlarında menecer Elməddin Bagiyevin də xüsusi payı var. Onun təşkilatçılıq bacarığı və məsuliyyətli fəaliyyəti ORBİTA MTK-nın layihələrinin vaxtında və yüksək səviyyədə həyata keçirilməsinə mühüm töhfə verir.
2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi fonunda ORBİTA MTK qarşıdakı dövrdə daha böyük layihələrə imza atmağı, müasir şəhərsalma prinsiplərinə uyğun yeni yaşayış kompleksləri inşa etməyi hədəfləyir. Şirkət gələcəkdə də paytaxtın inkişafına xidmət edən nümunəvi layihələrlə çıxış etməyi qarşısına məqsəd qoyub.
ORBİTA MTK-nın 20 illik yubileyi münasibətilə və təsisçi Famil Bagiyevi doğum günü münasibətilə təbrik edir, kollektivə gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq. Arzu edirik ki, ORBİTA MTK bundan sonra da şəhərimizin memarlıq simasının formalaşmasında ön sıralarda yer alsın.
Xəlil Xəlilov,
Azadmedia.az Xəbər Portalının təsisçisi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.