AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Suraxanı” gəmi-muzeyini artıq 360 dərəcəlik virtual tur vasitəsilə kəşf etmək mümkündür

  • + A
  • - A
  • 18-02-2026, 13:42

    Suraxanı” gəmi-muzeyini artıq 360 dərəcəlik virtual tur vasitəsilə kəşf etmək mümkündür

    Dünyanın ilk tanker-muzeyi olan “Suraxanı” gəmi-muzeyi rəqəmsallaşma və əlçatanlıq prinsiplərini rəhbər tutaraq yeni layihə həyata keçirib. Artıq ziyarətçilər muzeyin rəsmi internet səhifəsi (surakhanishipmuseum.az) vasitəsilə ekspozisiya zallarını 360 dərəcəlik virtual turla kəşf edə bilərlər.

    Rəqəmsal həll ziyarətçiyə real tur təəssüratı bağışlayır və dənizçilik tariximizi dərindən araşdırmağa, o cümlədən interaktiv və informativ panellər, unikal eksponatlar və maketlərlə yaxından tanış olmağa imkan verir.

    Bu yenilik muzeyin rəqəmsal inkişaf strategiyasının tərkib hissəsi olmaqla yanaşı, inklüziv muzey siyasətinə mühüm töhfə verir. Virtual tur fiziki məhdudiyyətləri olan şəxslər, habelə muzeyi canlı ziyarət edə bilməyən xarici və yerli turistlər üçün maneəsiz mühit yaradır.

    Muzeyi BURADAN virtual formatda ziyarət edə bilərsiniz.
    https://surakhanishipmuseum.az/az/page/virtual-tour


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR