AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran Kipr istiqamətinə iki raket atıb – minlərlə britaniyalı hərbçi bölgədədir

  • + A
  • - A
  • 1-03-2026, 13:57

    İran Kipr istiqamətinə iki raket atıb – minlərlə britaniyalı hərbçi bölgədədir

    İran minlərlə britaniyalı hərbçinin dislokasiya olunduğu Kipr istiqamətinə iki raket atıb. Bu barədə Böyük Britaniyanın müdafiə naziri John Healey məlumat verib.
    Nazirin sözlərinə görə, raketlər Kipr istiqamətində atılıb və bölgədə Böyük Britaniyaya məxsus hərbi kontingent yerləşir. O bildirib ki, hadisə ilə bağlı vəziyyət diqqətlə izlənilir və təhlükəsizlik tədbirləri gücləndirilib.
    Qeyd edək ki, Kiprdə Böyük Britaniyanın minlərlə hərbçisi xidmət aparır və ada ölkəsi Londonun regiondakı əsas hərbi dayaqlarından biri hesab olunur.
    Hadisənin detalları və mümkün nəticələri ilə bağlı hələlik rəsmi açıqlamalar məhduddur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR