AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bosch uzun illərdən sonra ilk dəfə zərər edib

  • + A
  • - A
  • Bu gün, 21:40

    Bosch uzun illərdən sonra ilk dəfə zərər edib

    Almaniyanın böyük texnologiya şirkəti Bosch uzun müddətdən sonra ilk dəfə ili zərərlə başa vurub.
    2025-ci ildə şirkətin xalis zərəri 400 milyon avro olub. Halbuki 2024-cü ildə təxminən 1,3 milyard avro mənfəət əldə etmişdi. Bosch sonuncu dəfə 2009-cu ildə zərər etmişdi.
    Əsas səbəb işçilərin ixtisarı üçün ayrılan böyük xərclərdir – bu məqsədlə şirkət 2,7 milyard avro ayırıb. Bundan əlavə, ABŞ rüsumları, valyuta dəyişiklikləri və istehsal xərclərinin yüksək olması da mənfi təsir göstərib.
    Şirkətin işi ümumilikdə zəifləyib: əməliyyat mənfəəti 42% azalıb və 1,8 milyard avroya düşüb. Gəlir bir az artaraq 91 milyard avro olsa da, bu gözləntilərdən aşağıdır.
    Alıcılar məişət texnikası və alətlərə daha az pul xərcləyir, Bosch isə bəzi sahələrdə rəqabət qabiliyyətini itirdiyini etiraf edir.
    Hazırda şirkət böyük yenidənqurma proqramına başlayıb:
    təkcə avtomobil bölməsində 22 min iş yeri ixtisar oluna bilər,
    ixtisarlar məişət texnikası və alət bölmələrinə də təsir edəcək.
    Şirkət rəhbərliyi ümid edir ki, bu dəyişikliklər nəticə verəcək və bu il gəlir 2–5%, mənfəət isə 4–6% artacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR