AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xəzinədarlıq sistemində yeni platforma istifadəyə verilib

  • + A
  • - A
  • Bu gün, 08:42

    Xəzinədarlıq sistemində yeni platforma istifadəyə verilib

    Dövlət Xəzinədarlıq Agentliyi maliyyə idarəçiliyində rəqəmsal transformasiya istiqamətində mühüm addımlar atır. Məlumata görə, aprelin 22-də keçirilən Maliyyə Nazirliyinin Kollegiya iclasında “Maliyyə Hesabatlılıq Portalı”nın yaradıldığı açıqlanıb. Yeni platforma vasitəsilə istifadəçilər artıq məlumatlara real vaxt rejimində vahid sistem üzərindən çıxış əldə edə bilirlər.
    Qeyd olunub ki, həyata keçirilən yeniliklər nəticəsində xəzinə əməliyyatlarının icra müddəti əvvəlki illə müqayisədə iki dəfəyədək azalıb. Agentlik tərəfindən ümumilikdə 75 xidmət əməliyyatı müəyyənləşdirilib, 1000-dən çox prosesi əhatə edən 12 xidmət pasportu hazırlanıb.
    Bildirilir ki, tətbiq olunan bu yeniliklər büdcə təşkilatlarında şəffaflığın artırılmasına və əməliyyatların daha operativ icrasına mühüm töhfə verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR