Azərbaycanın dövlət büdcəsində 2026-cı ilin ilk üç ayı ərzində müsbət dinamika müşahidə olunub.
Maliyyə Nazirliyindən Azadmedia.az-a verilən məlumata görə, maliyyə naziri Sahil Babayev Kollegiya iclasında çıxışı zamanı bildirib ki, yanvar-mart aylarında büdcə gəlirləri 9,6 milyard manata çataraq proqnozu 5 faiz üstələyib.
Hesabat dövründə büdcə xərclərinin həcmi isə 7,8 milyard manatdan çox olub. Nazir vurğulayıb ki, həyata keçirilən sosial-iqtisadi tədbirlər fonunda ölkədə makroiqtisadi sabitlik daha da möhkəmlənib və bu amil büdcə göstəricilərinə müsbət təsir edib.
Qeyd edilib ki, mövcud tendensiya ilin növbəti aylarında da maliyyə göstəricilərinin stabil qalacağına əsas yaradır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.