AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zərgərlik bazarında yeni mərhələ: Laboratoriya xidmətlərinə start verildi

  • + A
  • - A
  • 6-05-2026, 10:57

    Zərgərlik bazarında yeni mərhələ: Laboratoriya xidmətlərinə start verildi

    Azərbaycan Respublikasında qiymətli metallardan və daşlardan hazırlanan zərgərlik məmulatlarına nəzarət gücləndirilir. Artıq bu sahədə dövlət əyar nəzarətinin həyata keçirilməsi üçün yeni laboratoriya xidmətləri fəaliyyətə başlayıb.
    Sahibkarlar və istehlakçılar qızıl, gümüş və digər qiymətli materiallardan hazırlanan məmulatların qanunvericiliyə uyğun yoxlanılması, əyarının təyin olunması və rəsmi damğalanması üçün İstehlak Mallarının Ekspertizası Mərkəzinə müraciət edə bilərlər.
    Bu addım Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən atılıb. Məqsəd zərgərlik məhsullarının keyfiyyətinə nəzarəti artırmaq, həm istehlakçıların hüquqlarını qorumaq, həm də bazarda şəffaflığı təmin etməkdir.
    Yeni laboratoriya xidmətləri çərçivəsində zərgərlik və digər məişət məmulatları ekspertizadan keçirilir, diaqnostika olunur, əyarı yoxlanılır və rəsmi qaydada damğalanır. Bu isə həm istehsalçıların, idxalçıların, həm də alıcıların maraqlarına xidmət edir.
    Maraqlı tərəflər — istehsalçılar, idxalçılar, satıcılar və istehlakçılar — bu xidmətlərdən yararlanmaq üçün İstehlak Mallarının Ekspertizası Mərkəzinə müraciət edə bilərlər.

    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Ş. Mehdiyev küçəsi, 271

    Telefon: (+994 12) 493 47 83 (3189)

    Mobil: (+994 50) 340 61 31

    E-poçt: office@ekspertiza.az

    Veb: www.ekspertiza.az⁠�

    Qeyd edək ki, dövlət əyar nəzarətinin daha da gücləndirilməsi üçün laboratoriya infrastrukturunun yenilənməsi və yeni laboratoriyaların yaradılması istiqamətində işlər davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR