AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Wildberries" Ermənistandan olan satıcılardan mənşə sertifikatı tələb edir

  • + A
  • - A
  • 11-05-2026, 22:32

    "Wildberries" Ermənistandan olan satıcılardan mənşə sertifikatı tələb edir

    "Wildberries" marketpleysi gömrük qaydalarında edilən dəyişikliklər səbəbindən satışların müvəqqəti dayandırılmasından sonra Ermənistandan məhsul satan satıcılara mənşə sertifikatı təqdim etməyi məcburi edib.

    Ermənistanda istehsal olunan məhsulların "Wildberries"
    vasitəsilə satışı artıq yalnız mənşə sertifikatı olduqda mümkün olacaq. Bu barədə respublikanın İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Sənədi əldə etmək üçün Ermənistanın Ticarət-Sənaye Palatasına müraciət etmək lazımdır. Sertifikat uyğunluq sənədi və keyfiyyət bəyannaməsi əsasında verilir.

    Yeni tələblər Avrasiya İqtisadi İttifaqına daxil olan digər ölkələrin məhsullarına da şamil olunur.

    Xatırladaq ki, bundan əvvəl Rusiyada gömrük prosedurlarında edilən dəyişikliklər səbəbindən Ermənistandan olan məhsulların marketpleyslərdə satışı dayandırılmışdı. Mayın 8-də "Wildberries" Ermənistanda istehsal olunmuş və markalanmış məhsulların satışını qismən bərpa edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR