AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazaxıstan Azərbaycan, Türkiyə və Qırğızıstanla elektron nəqliyyat icazələri sistemini tətbiq etdi

  • + A
  • - A
  • Bu gün, 13:49

    Qazaxıstan Azərbaycan, Türkiyə və Qırğızıstanla elektron nəqliyyat icazələri sistemini tətbiq etdi


    Qazaxıstan Nəqliyyat Nazirliyi Azərbaycan, Türkiyə və Qırğızıstanla beynəlxalq yükdaşımalarını sadələşdirəcək elektron nəqliyyat icazələri sistemini tətbiq edib.

    Qazaxıstan hakimiyyəti ölkənin nəqliyyat sektorunun rəqəmsallaşdırılmasını davam etdirərək Azərbaycan, Türkiyə və Qırğızıstanla elektron nəqliyyat icazələri sistemini istifadəyə verib. Bu barədə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi məlumat yayıb.

    Yeni sistemin işə düşməsi ilə beynəlxalq daşımalar zamanı gömrük prosedurları əhəmiyyətli dərəcədə sadələşəcək, inzibati maneələr azalacaq və ənənəvi kağız icazələrin rəqəmsal formatla əvəz olunması hesabına avtomobil nəqliyyatının yolda keçirdiyi ümumi vaxt qısalacaq.

    Trend-in məlumatına görə, icazələr artıq iştirakçı ölkələrin inteqrasiya olunmuş informasiya sistemləri vasitəsilə rəsmiləşdirilir və istifadə olunur. Bundan əlavə, bunu rəsmi “elicense.kz” portalı üzərindən də həyata keçirmək mümkündür.

    Qazaxıstan nəqliyyat sahəsində rəqəmsal əməkdaşlığı ardıcıl şəkildə genişləndirir. Daha əvvəl oxşar xidmət ölkənin Çin və Özbəkistanla sərhədlərində də istifadəyə verilmişdi.

    Xatırladaq ki, bundan əvvəl Avrasiya İqtisadi İttifaqına üzv ölkələri birləşdirən avtomobil yolları vahid standartlara uyğunlaşdırılmışdı. Yük və ölçü normaları üzrə ümumi tələblərin tətbiqi yükdaşımalarında 15 faizə qədər əlavə fayda əldə etməyə imkan verəcək. Yeni sənəd Aİİ-nin 14 min kilometrdən çox avtomobil yolunda texnoloji vahidliyi təmin edir. Əvvəllər isə çəki və ölçü tələblərindəki fərqlər səbəbindən daşıyıcılar optimal yükləmədən imtina etməli olurdular.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR