Mayın 21-də Xəzər dənizində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 05:47-də qeydə alınan zəlzələnin maqnitudası 3,6 olub.
Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.