AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Dəmir Yolları QSC-də böhran kommunikasiyası problemi var - Fotofakt

  • + A
  • - A
  • Bu gün, 16:21

    Azərbaycan Dəmir Yolları QSC-də böhran kommunikasiyası problemi var - Fotofakt

    Osman Gündüz sosial media hesabında yazır:

    "ADY-də problem artıq təkcə qiymət siyasəti deyil.

    Dünən minimum qiymət 81 manat elan olunur, bu gün satış açılır və real qiymətin əslində 93–125 manat arasında olduğu ortaya çıxır.

    Ardınca isə sayt faktiki çökür, virtual növbə tətbiq edilir, hətta hazırda xaricdən girişlərin də məhdudlaşdırıldığı görünür.

    Halbuki əvvəlcədən məlum idi ki, Bakı–Tbilisi reyslərinə çox böyük maraq olacaq. Bu, gözlənilməz hadisə deyildi.

    Üstəlik, 2024-cü ildə Asiya İnkişaf Bankı tərəfindən ADY-nin rəqəmsal transformasiyası üçün 47 milyon dollarlıq kredit də təsdiqlənmişdi. Belə olan halda cəmiyyətin gözləntisi odur ki, ən azı bilet satış platforması pik yüklənməyə hazır olmalı idi.

    Əlbəttə, virtual növbə sistemi normal praktikadır. Dünyanın ən böyük platformaları da bunu edir. Amma ADY-də baş verənlər göstərir ki, məsələ artıq təkcə texniki problem deyil — burada öncədən hazırlıq, planlama, risk idarəçiliyi və böhran kommunikasiyası problemi də var.

    Rəqəmsal transformasiya sadəcə yeni sayt açmaq və ya mobil tətbiq yaratmaq deyil. Əsas məsələ minlərlə insan eyni anda sistemə daxil olanda onun stabil və şəffaf işləməsini təmin etməkdir.

    İnsanlar yüksək tələbatı anlayır. Amma gözlədikləri əsas məsələ aydın kommunikasiya, şəffaf qiymət siyasəti və etibarlı xidmətin təmin olunmasıdır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR