AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Dəmir Yolları QSC xidmət yox, imitasiya ilə məşğuldur

  • + A
  • - A
  • Bu gün, 12:32

    Azərbaycan Dəmir Yolları QSC xidmət yox, imitasiya ilə məşğuldur


    Öz əməkdaşlarını “sərnişin” kimi təqdim edib paylaşım edən, üstəlik buna görə pul mükafatı verən Azərbaycan Dəmir Yolları - ADY QSC xidmət yox, imitasiya ilə məşğuldur.
    Urbaninfo.az-ın əldə etdiyi məlumata görə Azərbaycan Dəmir Yolları növbəti pr kampaniyası üçün vaqonlardan birini aylıq ödəniş etdiyi jurnalistlərə ayırıb. Bir tərəfdə insanlar günlərlə növbə gözləyir, bilet tapa bilmir, qiymətlər isə dəfələrlə şişirdilib. Amma problemi həll etmək əvəzinə, narazılığı bayağı şoularla ört-basdır etməyə çalışırlar.
    Vətəndaşa real xidmət göstərmək əvəzinə, öz əməkdaşlarını sərnişinlər kimi qələmə verib “piar görüntüsü” qururlar. Halbuki insanların gözlədiyi şey reklam deyil, normal qiymətə əlçatan bilet, şəffaf sistem və hörmətli münasibətdir.
    Problem həll olunmadan qurulan hər tamaşa ictimai qəzəbi daha da artırır. İnsanlar artıq dekorasiya yox, nəticə istəyir, Rövşən müəllim.

    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR