AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

WUF13 tədbirinin altıncı günü çərçivəsində çoxsaylı dialoqlar, xüsusi sessiyalar və qrup iclasları təşkil olunub

  • + A
  • - A
  • Bu gün, 21:23

    WUF13 tədbirinin altıncı günü çərçivəsində çoxsaylı dialoqlar, xüsusi sessiyalar və qrup iclasları təşkil olunub

    WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıbMayın 22-də Bakı şəhərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində şəhərsalma, iqlimədavamlı urbanizasiya və dayanıqlı inkişaf məsələlərinə dair müzakirələr Forumun son günündə də davam etdirilib.
    WUF13 tədbirinin altıncı günü çərçivəsində çoxsaylı dialoqlar, xüsusi sessiyalar və qrup iclasları təşkil olunub, rəsmi bağlanış mərasimi və bayraq endirmə mərasimi keçirilib.

    Forum çərçivəsində “Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil” mövzusunda qadınların dəyirmi masası keçirilib. Tədbirdə BMT Baş katibinin müavini Əminə Məhəmməd, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Böyük Britaniya Lordlar Palatasının üzvü, Millətlər Birliyinin 6-cı Baş katibi Patrisiya Skotland iştirak ediblər. Sessiyada qadınların mənzil və torpaq hüquqlarının gücləndirilməsi, inklüziv şəhər inkişafı, təhlükəsiz şəhər mühiti və dayanıqlı urbanizasiya məsələləri müzakirə olunub. Çıxışlarda inklüziv mənzil siyasətlərinin hazırlanmasının, qadınların maliyyə və kredit resurslarına çıxış imkanlarının genişləndirilməsinin, həmçinin onların şəhərsalma və qərarqəbuletmə proseslərində daha fəal iştirakının daha dayanıqlı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılmasında mühüm rol oynadığı qeyd edilib.

    WUF13 çərçivəsində keçirilən “Münaqişədən sonrakı şəhər yenidənqurması: Humanitar minatəmizləmənin kritik rolu” mövzusunda sessiyada Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxış edib. Sessiyada postmünaqişə dövründə mina təhlükəsinin bərpa və yenidənqurma prosesinə təsiri, dayanıqlı şəhər inkişafı və əhalinin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunub.
    Çıxışında Vüqar Süleymanov mina təhlükəsinin yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində bərpa prosesini ləngitdiyini, inkişaf imkanlarından bəhs edib.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR