ABŞ Silahlı Qüvvələri planlaşdırılmamış xərclər səbəbindən ciddi maliyyə çatışmazlığı ilə üzləşib. Bu barədə Fox News telekanalına açıqlama verən Pentaqon rəsmisi məlumat verib.
Bildirilib ki, İrana qarşı hərbi əməliyyatlar, Cənubi Amerikadakı missiyalar, sərhəd əməliyyatları və yanacaq qiymətlərinin kəskin bahalaşması ordunu resurslardan daha səmərəli istifadə etməyə və xərclərlə bağlı çətin qərarlar qəbul etməyə məcbur edib. Bu barədə polkovnik Marti Meyners danışıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Daryl Caudle daha əvvəl bildirib ki, donanmaya əlavə maliyyə ayrılmasa, artıq iyul ayından etibarən cari əməliyyatlara çəkilən xərclərin azaldılması zərurəti yarana bilər.
Yanacaq qiymətlərinin artması hərbçilərin hazırlıq prosesinə, eləcə də şəxsi heyət və yüklərin daşınması xərclərinə ciddi təsir göstərir.
Rəsmi məlumatlara görə, Pentaqonun illik yanacaq tələbatı təxminən 80 milyon barel təşkil edir. Bu isə enerji bazarındakı qiymət dəyişikliklərinin ABŞ hərbi büdcəsinə birbaşa təsir göstərdiyini göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.