AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyanın Azərbaycana kənd təsərrüfatı ixracının həcmi 800 milyon dollara çatır

  • + A
  • - A
  • Bu gün, 20:19

    Rusiyanın Azərbaycana kənd təsərrüfatı ixracının həcmi 800 milyon dollara çatır

    Rusiyadan Azərbaycana ixrac edilən kənd təsərrüfatı məhsullarının illik dəyəri təxminən 800 milyon ABŞ dolları təşkil edir.

    Bu barədə Rusiya İxrac Mərkəzinin (REC) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev Bakıda keçirilən “Rusiya istehsalı” qala-şam yeməyində çıxışı zamanı məlumat verib.

    Onun sözlərinə görə, kənd təsərrüfatı sektoru Rusiyanın Azərbaycan bazarına ixracında əsas istiqamətlərdən biridir və bu sahə iki ölkə arasında ticarət əlaqələrinin inkişafında mühüm rol oynayır.

    Nuri Quliyev həmçinin qeyd edib ki, Rusiya şirkətləri Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan sərgilərdə fəal iştirak edərək məhsul və xidmətlərini uğurla təqdim edirlər.

    Bakıda keçirilən “Rusiya istehsalı” tədbiri Rusiya istehsalçıları ilə Azərbaycan iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Tədbirin əsas məqsədi tərəfdaşlıq əlaqələrini möhkəmləndirmək, ixrac imkanlarını artırmaq, Rusiya məhsullarının Azərbaycan bazarındakı mövqeyini gücləndirmək və yeni birgə layihələrin həyata keçirilməsi üçün imkanlar yaratmaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR