AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanda ödənişli yollarla bağlı iddialara aydınlıq gətirildi

  • + A
  • - A
  • Bu gün, 17:26

    Gürcüstanda ödənişli yollarla bağlı iddialara aydınlıq gətirildi

    Gürcüstanda avtomobil yollarının ödənişli olacağı ilə bağlı yayılan məlumatlar təkzib edilib.

    Ölkənin Avtomobil Yolları Departamentinin açıqlamasında bildirilib ki, Rikoti aşırımı üzərindən keçən magistral yolun və ya digər avtomobil yollarının ödənişli rejimə keçirilməsi ilə bağlı heç bir qərar qəbul olunmayıb.

    Qurum vurğulayıb ki, Gürcüstandakı bütün daxili və beynəlxalq əhəmiyyətli yollar hazırda ödənişsizdir və bu qayda dəyişməyəcək. Həmçinin qeyd olunub ki, mövcud rejimin dəyişdirilməsi məsələsi gündəmdə deyil.

    Xatırladaq ki, daha əvvəl sosial şəbəkələrdə və bəzi internet resurslarında Rikoti magistral yolunun yenidənqurmadan sonra ödənişli olacağı barədə məlumatlar yayılmışdı. Rəsmi qurum isə bu iddiaların həqiqəti əks etdirmədiyini bəyan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR