AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq Enerji Agentliyi: Qlobal neftə tələbat və tədarük kəskin azalacaq

  • + A
  • - A
  • Bu gün, 14:07

    Beynəlxalq Enerji Agentliyi: Qlobal neftə tələbat və tədarük kəskin azalacaq

    Beynəlxalq Enerji Agentliyi (IEA) bu il dünya üzrə neftə tələbatla bağlı proqnozunu əhəmiyyətli dərəcədə pisləşdirib. Qurumun açıqladığı yeni hesabata əsasən, Yaxın Şərqdəki gərginlik fonunda qlobal neftə gündəlik tələbat 1,12 milyon barel azalacaq.

    Bu göstərici IEA-nın əvvəlki proqnozu ilə müqayisədə xeyli yüksəkdir. Belə ki, agentlik daha əvvəl neftə tələbatın cəmi 418 min barel azalacağını gözləyirdi.

    Hesabatda qeyd olunur ki, gələn il bazarda bərpa tendensiyası müşahidə oluna bilər. Proqnoza əsasən, qlobal neftə gündəlik tələbat 2 milyon barel artaraq 105 milyon barelə çatacaq.

    IEA həmçinin bildirir ki, cari ildə dünya üzrə neft tədarükü də azalacaq. Gözlənilən azalma gündəlik 3,9 milyon barel təşkil edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR