ABŞ prezidenti Donald Tramp Rusiyanın neft sektoruna qarşı sanksiyaların yenidən tətbiqi imkanının nəzərdən keçirildiyini açıqlayıb.
O, bu barədə Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammiti çərçivəsində Hindistanın baş naziri Narendra Modi ilə görüşü zamanı danışıb.
Tramp bildirib ki, Vaşinqton hazırda Rusiya neftinə qarşı məhdudiyyətlərin bərpası məsələsini araşdırır.
ABŞ prezidenti qeyd edib ki, belə bir addımın atılması dünya bazarında neft qiymətlərinin enməsi fonunda mümkün ola bilər.
Onun sözlərinə görə, hazırda neftin bir barelinin qiyməti təxminən 74–75 dollar səviyyəsindədir və yaxın aylarda qiymətlərin dörd ay əvvəlki göstəricilərə qayıdacağı gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.