ABŞ Maliyyə Nazirliyi İran nefti və neft məhsulları ilə bağlı əməliyyatların həyata keçirilməsinə imkan verən yeni lisenziya verib.
Sənədə əsasən, 21 avqust tarixinədək İranın xam neftinin hasilatı, satışı və neft sənayesi məhsulları ilə bağlı əməliyyatlara icazə verilir. Lisenziya həmçinin ABŞ sanksiyaları çərçivəsində bloklanmış gəmilərlə müəyyən əməliyyatların aparılmasını da əhatə edir.
Bundan başqa, sənəd ABŞ ərazisinə İran xam neftinin idxalına və neft məhsullarının tədarükünə də imkan yaradır.
Qeyd edək ki, ABŞ-ın Rusiya nefti ilə bağlı analoji lisenziyasının qüvvədə olma müddəti iyunun 17-də başa çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.