AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid ailələri və əlilliyi olan şəxslər üçün 5,6 milyonluq mənzil tenderi ləğv edildi

  • + A
  • - A
  • Bu gün, 14:47

    Şəhid ailələri və əlilliyi olan şəxslər üçün 5,6 milyonluq mənzil tenderi ləğv edildi


    Zərdab rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün nəzərdə tutulan mənzillərin satın alınmasına dair 5 milyon 610 min 800 manat dəyərində açıq tender ləğv edilib.

    Azadmedia.az xəbər verir ki, "Sosial Xidmətlər Agentliyi" publik hüquqi şəxsi tərəfindən keçirilən satınalma müsabiqəsi çərçivəsində Zərdab rayonunda ümumilikdə 68 mənzilin alınması planlaşdırılırdı. Layihəyə əsasən, 34 üçotaqlı, 26 ikiotaqlı və 8 birotaqlı mənzilin satın alınması nəzərdə tutulmuşdu.

    Tenderin ehtimal olunan dəyəri 5 610 800 manat təşkil edirdi. Müsabiqə 30 aprel 2026-cı ildə elan olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı isə 17 iyun 2026-cı il tarixinə təyin edilmişdi.

    Lakin satınalma proseduru baş tutmayıb. Rəsmi məlumata görə, tender "Dövlət satınalmaları haqqında" Qanunun 36.2-ci maddəsinə uyğun olaraq ləğv edilib. Buna səbəb isə satınalmada iştirak etmək üçün təklif və təklif təminatı təqdim edən, tələb olunduğu halda müvafiq lisenziya və ya icazəyə malik təchizatçıların sayının üçdən az olması olub.

    Qeyd edək ki, bu layihə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin mənzillə təmin olunmasına xidmət edirdi. Tenderin ləğvindən sonra satınalmanın yenidən elan olunacağı gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR