Qazaxıstan 2026-cı ilin sonunadək xarici ölkələrdən, o cümlədən Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzv dövlətlərindən alma idxalına qadağa tətbiq etməyi planlaşdırır.
Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin hazırladığı əmr layihəsinə əsasən, bu addım ölkədə bu il gözlənilən bol alma məhsulu ilə əlaqədardır. Hökumət yerli bağbanları dəstəkləmək, onların məhsullarının sabit satışını təmin etmək və daxili bazarı yerli istehsal hesabına təmin etmək məqsədi güdür.
Məlumata görə, 2026-cı ilin ilk dörd ayında Qazaxıstan MDB ölkələrindən təxminən 6 550 ton alma və armud idxal edib. Ən böyük tədarükçü təxminən 2 min tonla Qırğızıstan olub. Bundan başqa, meyvələr Rusiya, Azərbaycan və Özbəkistandan da gətirilib.
Eyni dövrdə Polşadan 28,7 min ton, Çindən isə 25 min ton olmaqla, ümumilikdə 50 min tondan çox alma və armud Qazaxıstana idxal edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.