AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Satmaq öhdəliyi ilə kirayə mexanizmi genişlənir

  • + A
  • - A
  • Bu gün, 17:13

    Satmaq öhdəliyi ilə kirayə mexanizmi genişlənir

    Azərbaycanda sosial mənzil siyasətinin mühüm istiqamətlərindən biri olan satmaq öhdəliyi ilə kirayə mexanizmi 2026-cı ilin ilk yarısında da uğurla icra edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən həyata keçirilən mexanizm şəxsi yığımları mənzil almaq üçün kifayət etməyən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
    Fondun məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 475 kirayə müqaviləsi rəsmiləşdirilib. Beləliklə, 2026-cı il iyulun 1-nə olan vəziyyətə görə, bu proqram vasitəsilə ümumilikdə 9 545 ailənin mənzil problemi həllini tapıb.
    Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, mənzil sahibi olan vətəndaşların 60 faizdən çoxunu gənclər və gənc ailələr təşkil edir. Bu isə dövlətin mənzil siyasətində məhz gənc ailələrin sosial rifahının yüksəldilməsinə xüsusi önəm verdiyini göstərir.
    İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara ümumilikdə 17 ünvanda mənzillər təqdim olunub. Onlardan 8-i Bakı şəhərində, 6-sı Abşeron rayonunda, 3-ü isə Sumqayıt şəhərində yerləşir.
    Vətəndaşlara təqdim edilən mənzillər müasir yaşayış standartlarına cavab verən komplekslərdə yerləşir. Komplekslər geniş həyətyanı sahəyə malik olmaqla yanaşı, məktəb, uşaq bağçası, səhiyyə müəssisələri və digər zəruri sosial infrastruktur obyektlərinə yaxın ərazilərdə inşa edilib.
    Bütün mənzillər yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilməklə tam təmirli şəkildə vətəndaşlara təqdim olunur. Mənzillər kombi sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz edilib, həmçinin onların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb ki, bu da vətəndaşların hüquqlarının etibarlı şəkildə qorunmasını təmin edir.
    Satmaq öhdəliyi ilə kirayə mexanizmi sosial mənzil təminatı sahəsində dövlətin həyata keçirdiyi uğurlu layihələrdən biri kimi minlərlə ailənin mənzil arzusunu gerçəkləşdirməyə davam edir. Proqram həm əhalinin sosial rifahının yüksəldilməsinə, həm də mənzil bazarında əlçatanlığın artırılmasına mühüm töhfə verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR