Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri Rusiya neftinə tətbiq olunan qiymət tavanının dəyişdirilməsi ilə bağlı qərarı bir həftəlik təxirə salıblar.
Rusiya KİV-lərinin Brüsseldəki mənbəyə istinadən yaydığı məlumata görə, Rusiyanın Urals markalı nefti üçün qiymət tavanı hələlik bir barel üçün 44 ABŞ dolları səviyyəsində saxlanılır.
Bildirilir ki, Aİ-nin Rusiyaya qarşı nəzərdə tutulan 21-ci sanksiyalar paketi hələ qəbul edilmədiyi üçün səfirlər mövcud mexanizmin qüvvədə qalmasını təmin ediblər.
Mənbənin sözlərinə görə, qiymət tavanının qüvvədə olma müddəti 23 iyul tarixinədək uzadılıb. Həmin gün Aİ ölkələri 21-ci sanksiyalar paketi üzrə danışıqları yenidən davam etdirəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.