AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Nümayəndələr Palatası İsrailə 3,3 milyard dollarlıq hərbi yardımı dəstəkləmədi

  • + A
  • - A
  • Bu gün, 17:29

    ABŞ Nümayəndələr Palatası İsrailə 3,3 milyard dollarlıq hərbi yardımı dəstəkləmədi

    ABŞ Nümayəndələr Palatasının üzvlərinin üçdə ikisindən çoxu İsrailə azı 3,3 milyard dollar həcmində hərbi yardım ayrılmasını nəzərdə tutan qanun layihəsinin əleyhinə səs verib.

    Səsvermənin nəticələrinə görə, Dövlət Departamentinin və milli təhlükəsizlik məqsədlərinin maliyyələşdirilməsini əhatə edən qanun layihəsini 435 konqresmendən 314-ü dəstəkləməyib. Layihənin lehinə 104 nəfər səs verib, 10 nəfər isə bitərəf qalıb.

    Səsvermənin yekununda qanun layihəsinin yenidən baxılması qərara alınıb.

    Qanun layihəsində qeyd olunurdu ki, xarici hərbi maliyyələşdirmə proqramı çərçivəsində ayrılacaq vəsaitdən azı 3,3 milyard dollar yalnız İsrailə qrant şəklində verilməlidir.

    Sənədə əsasən, bu vəsait İsrailin müasir silahlar, o cümlədən ölkənin özündə istehsal olunan hərbi texnikanı əldə etməsinə yönəldilməli idi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR