AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Türkiye” qəzeti: Orta Dəhliz çoxtərəfli əməkdaşlığın təzahürüdür

  • + A
  • - A
  • Dünən, 15:19

    “Türkiye” qəzeti: Orta Dəhliz çoxtərəfli əməkdaşlığın təzahürüdür

    Orta Dəhliz Türkiyə, Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələrinin ümumi nəqliyyat strategiyasının fundamental elementi və çoxtərəfli əməkdaşlığın təzahürüdür.

    AZƏRTAC xəbər verir ki, bu qənaət “Türkiye” qəzetinin bazar günü dərc etdiyi məqalədə yer alıb.

    Məqalənin müəllifi, İhlas Fondunun Himayəçilər Şurasının sədri Mahmut Kamal Aydın Orta Dəhlizin Ankara üçün tranzit trafikindən kənara çıxan əhəmiyyətinə diqqət çəkir. “Türkiyənin nöqteyi-nəzərindən bu marşrut ixracın artırılması, logistika sektorunun inkişafı, sənaye istehsalının dəstəklənməsi və qlobal təchizat zəncirlərində ölkənin mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətli imkanlar təklif edir”, - deyə o qeyd edir.

    Müəllif, həmçinin Zəngəzur dəhlizini Orta Dəhlizin ən vacib halqalarından biri adlandırır. Onun sözlərinə görə, bu, şübhəsiz ki, Avropa ilə Asiya arasında nəqliyyat arteriyasının səmərəliliyini artıracaq.

    “Zəngəzur dəhlizi sadəcə daha bir böyük texniki və iqtisadi layihə deyil, həm də gələcəyi birbaşa Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olmasından və regional sabitliyin möhkəmləndirilməsindən asılı olan dəyərli təşəbbüsdür. Bu təşəbbüsün uğurunda həlledici amil təkcə dəmir yollarının və avtomobil yollarının tikintisi deyil, həm də tərəflərin diplomatik iradəsidir”, - deyə M.K. Aydın yazır.

    Məqalədə qeyd olunur ki, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru və dəmir yolu əlaqəsi yaratmaq layihəsi Orta Dəhlizin vacib elementinə çevrilmək potensialına malikdir və onun həyata keçirilməsi Ermənistanı dünyaya açmağa və bu ölkənin iqtisadiyyatının inkişafına başlamağa imkan verəcək. Məqalənin müəllifi daha sonra Ankaranın dəstəklədiyi digər böyük nəqliyyat və logistika layihəsini - “İnkişaf Yolu” marşrutunu (İraqın cənubundan Türkiyə sərhədinə qədər Avropaya daha çox çıxışla - redaktorun qeydi) diqqətə çatdırır.

    O, iddia edir ki, Orta Dəhliz və “İnkişaf Yolu” müstəqil layihələr kimi deyil, uzunmüddətli strateji konsepsiyada tamamlayıcı əlaqələr kimi qəbul edilməlidir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR