AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Brent markalı neftin qiyməti 100 dollardan aşağı düşdü

  • + A
  • - A
  • Bu gün, 18:15

    Brent markalı neftin qiyməti 100 dollardan aşağı düşdü

    Brent markalı neftin qiyməti 100 dollardan aşağı düşdü

    Dünya bazarında neftin qiymətində kəskin ucuzlaşma müşahidə olunur. Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti Londonun ICE Futures birjasında 2,78 dollar (2,76 faiz) azalaraq bir barel üçün 97,91 dollara enib. Beləliklə, Brent nefti yenidən 100 dollar psixoloji həddindən aşağı düşüb.

    Eyni zamanda, ABŞ-ın etalon nefti hesab edilən WTI markalı neftin sentyabr fyuçersləri də NYMEX birjasında 2,22 dollar (2,41 faiz) ucuzlaşıb. Nəticədə WTI neftinin qiyməti bir barel üçün 89,97 dollar təşkil edib.

    Analitiklər qeyd edirlər ki, neft bazarında qiymətlərin azalmasına qlobal iqtisadi artımla bağlı narahatlıqlar və bazarda tələbatın zəifləyəcəyi ilə bağlı gözləntilər təsir göstərir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR