AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vergi məmurları 200 min manatlıq rüşvətdə ifşa olundu

  • + A
  • - A
  • Bu gün, 14:22

    Vergi məmurları 200 min manatlıq rüşvətdə ifşa olundu


    Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Vergi Xidmətinin birgə araşdırması nəticəsində DVX-nin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Rüstəm Mirzəyev və həmin idarənin 4-cü şöbəsinin rəisi Kənan Məmmədov saxlanılıb.

    İstintaqın ilkin nəticələrinə görə, onlar Bakıdakı ticarət mərkəzlərindən birində fəaliyyət göstərən sahibkarlardan vergi yoxlamalarının aparılmaması və cərimələrin tətbiq edilməməsi müqabilində ümumilikdə 200 min manat rüşvət almaqda şübhəli bilinirlər.

    Hər iki şəxsə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR