AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu şəxslərə kompensasiyalar sentyabrdan ödəniləcək

  • + A
  • - A
  • Bu gün, 11:30

    Bu şəxslərə kompensasiyalar sentyabrdan ödəniləcək

    Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlar üçün yeni dəstək mexanizmi tətbiq olunacaq. Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, ixrac zamanı ödənilən gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən kompensasiya ediləcək.

    Deputat Vüqar Bayramov bildirib ki, kompensasiyaların ödənişinə gələn aydan başlanılacaq. Onun sözlərinə görə, dəstəkdən yalnız Azərbaycan mənşəli məhsulları ixrac edən sahibkarlar yararlana biləcək və bu, mənşə sertifikatı əsasında müəyyən ediləcək.

    Deputat qeyd edib ki, kompensasiyanın məbləği gömrük dəyəri üzrə tətbiq olunan yığım hədlərindən asılı olacaq. Dəstək mexanizmi 1 sentyabr 2026-cı ildən 30 sentyabr 2031-ci ilədək həyata keçirilən ixrac əməliyyatlarını əhatə edəcək və hər ixrac bəyannaməsi üzrə maksimum ödəniş məbləği müəyyənləşdiriləcək.

    Vüqar Bayramovun sözlərinə görə, bu qərar ixracatçı sahibkarların dövlət dəstəyini gücləndirəcək, eyni zamanda qeyri-neft ixracının artmasına, məhsul çeşidinin və ixrac bazarlarının genişlənməsinə töhfə verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR