AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tenderlərində qalib olmuş 4 şirkət etibarsız təchizatçıların reyestrinə daxil edilib

  • + A
  • - A
  • Dünən, 23:18

    Tenderlərində qalib olmuş 4 şirkət etibarsız təchizatçıların reyestrinə daxil edilib



    Azərbaycanda dövlət tenderlərində qalib olmuş 4 şirkət avqustun 6-da etibarsız təchizatçıların reyestrinə daxil edilib.

    Dövlət satınalmalarının vahid internet portalının məlumatına görə, “Flora Holland” və “Lusso Group” MMC-lər satınalma zamanı saxta sənəd təqdim edib. “Best Auto Service” və “El Art Travel” MMC-lər isə müqavilə öhdəliklərinə əməl etməyib.

    Şirkətlərdən “Lusso Group” 1 il müddətinə dövlət satınalmalarından kənarlaşdırılıb. Maraqlıdır ki, şirkət reyestrə salınmazdan əvvəl Naxçıvan MR Prokurorluğu ilə də müqavilə bağlayıb.

    17 min 443 manatlıq müqavilə tender keçirilmədən, bir mənbədən satınalma metodu ilə imzalanıb. Şirkət bu məbləğə Prokurorluğa mebel avadanlıqları satmalı və onları quraşdırmalıdır.

    2024-cü ildə yaradılan “Lusso Group”un nizamnamə kapitalı cəmi 50 manatdır. Şirkət 2026-cı ildə Naxçıvanda ümumi dəyəri təxminən 29 min manat olan daha iki satınalma müqaviləsi də bağlayıb.

    Saxta sənəd təqdim edən digər şirkət – “Flora Holland” isə bu il ümumi dəyəri 215 min manat olan 3 tenderin qalibi olub.

    Müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə reyestrə salınan “Best Auto Service” bu il 50 min manatlıq 2, “El Art Travel” isə 405 min manatlıq 6 satınalmada qalib olub.

    Beləliklə, etibarsız təchizatçıların reyestrinə yeni daxil edilən bu 4 şirkət təkcə 2026-cı ildə ümumilikdə 699 min manatdan çox dəyəri olan dövlət satınalmalarında qalib olub.

    Reyestrə daxil edilən şirkətlərin müəyyən olunmuş müddət ərzində dövlət satınalmalarında iştirakına yol verilmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR