AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SOCAR-da iqlim riskləri ilə bağlı ilk qiymətləndirmə aparılıb: 5 əsas risk müəyyən edilib

  • + A
  • - A
  • Bu gün, 13:17

    SOCAR-da iqlim riskləri ilə bağlı ilk qiymətləndirmə aparılıb: 5 əsas risk müəyyən edilib


    SOCAR-ın fəaliyyətində iqlim dəyişikliklərinin yaratdığı mümkün təhlükələr ilk dəfə sistemli şəkildə qiymətləndirilib.

    Bu barədə SOCAR-ın 2025-ci il üzrə Dayanıqlılıq Hesabatında məlumat verilib.

    Hesabatda qeyd olunur ki, aparılan qiymətləndirmə çərçivəsində şirkətin Abşeron yarımadasında həyata keçirdiyi əməliyyatlara təsir göstərə biləcək beş əsas iqlim riski müəyyənləşdirilib.

    Qiymətləndirmənin SOCAR-ın iqlim dəyişiklikləri fonunda fəaliyyətinə təsir edə biləcək risklərin əvvəlcədən müəyyənləşdirilməsi, onların mümkün nəticələrinin dəyərləndirilməsi və dayanıqlılıq tədbirlərinin gücləndirilməsi baxımından əhəmiyyət daşıdığı bildirilir.

    Bu yanaşma şirkətin iqlim risklərinin idarə olunması və dəyişən iqlim şəraitinə uyğunlaşma imkanlarının artırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR