AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya buğdası Azərbaycan ərazisindən tranzitlə Ermənistana göndərildi

  • + A
  • - A
  • Bu gün, 11:42

    Rusiya buğdası Azərbaycan ərazisindən tranzitlə Ermənistana göndərildi


    Bu gün Bakıdakı Balacarı stansiyasından Ermənistana 560 ton Rusiya buğdası daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

    Yük qatarı hazırda Böyük Kəsik stansiyası istiqamətində hərəkət edir.

    Bildirilib ki, bundan əvvəl də Rusiya ərazisindən Azərbaycan üzərindən Ermənistana 42 min tondan çox buğda, təxminən 9 min ton gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 min ton ağac məhsulları göndərilib.

    Qeyd edək ki, Azərbaycan tərəfindən Ermənistana neft məhsulları da ixrac olunub. Bu çərçivədə Ermənistana təxminən 15 min ton dizel yanacağı və AI-92 və AI-95 markalı ümumilikdə 5 min tona yaxın benzin göndərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR